Bakıda velosiped oğrusu tutuldu

  • By admin
  • 18 İyun 2020 09:50

Abşeron rayonu Qobu qəsəbəsində ayrı-ayrı vətəndaşlara məxsus velosipedləri oğurlayan şəxs saxlanılıb. 

Gununsesi.org bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində qəsəbə sakini Cavid Mirzəyev tutulub. Araşdırma zamanı onun evlərin girişlərində və yardımçı otaqlarında saxlanılan 10-a yaxın velosipedi oğurladığı məlum olub.

C.Mirzəyev oğurladığı velosipedləri paytaxt ərazisində dəyər-dəyməzinə satıb. Polis əməkdaşları tərəfindən onun qəsəbədə yerləşən evinə baxış zamanı oğurluq velosipedlərdən bir neçəsi aşkar olunaraq maddi sübut kimi götürülüb. 

C.Mirzəyev ifadəsində paytaxtda “Şamaxinka” adlanan ərazidən bir ədəd motosiklet oğurladığını bildirib. 

Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir. 

Gununsesi.org