Bakıda sürücülər arasında dava düşüb, bıçaqlanan var

  • By admin
  • 28 Mart 2020 23:01

Bakının Nəsimi rayonunda gənc oğlan taksi sürücüsü tərəfindən bıçaqlanıb.

Gununsesi.org xəbər verir ki, hadisə metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında baş verib.

Taksi sürücüsü kimi fəaliyyət göstərən 1991-ci il təvəllüdlü Abdullayev Nahid Vahid oğlu eyni ərazidə taksi fəaliyyəti ilə məşğul olan Elçin adlı şəxslə mübahisə edib.

Mübahisə zəminində Elçin bıçaqla N.Abdullayevin bədəninə bir neçə bıçaq zərbəsi vurulub.

Yaralı 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, N.Abdullayevin vəziyyəti ağırdır.

 

 

Gununsesi.org