Bakıda sərnişin avtobusu qəza törətdi - ANBAAN VİDEO

  • By admin
  • 08 Fevral 2020 09:48

Bakının Suraxanı rayonunda yüksək sürətlə hərəkət edən avtobus qəza törədib.

Gununsesi.org xəbər verir ki, qəza anını əks etdirən görüntülər sosial şəbəkədə paylaşılıb.

Belə ki, 113 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü Yeni Suraxanı qəsəbəsində yüksək sürət səbəbindən qəza törədib.

Yüksək sürətlə hərəkət edən avtobus yolun kənarındakı səkiyə çırpılıb. Hadisə nəticəsində ölən olmayıb.

Xəsarət alanlarla bağlı məlumat yoxdur.

Gununsesi.org