Bakıda qayınana hamilə gəlinini xəstəxanada döydü

  • By admin
  • 03 Dekabr 2016 16:04

g

 

 

Bakıda xəstəxananın ginekologiya şöbəsində qayınana gəlinini döyüb.

Gununsesi.info-nun Report-a istinadən məlumatına görə, 3 saylı Şəhər Klinik Xəstəxanasının Ginekologiya şöbəsində 1997-ci il təvəllüdlü Əliquliyeva İnci Ramazan qızı qayınanası tərəfindən döyülüb.

Qeyd edək ki, İ.Əliquliyeva 5 aylıq hamilədir. O, ağrılarla bağlı xəstəxanaya müraciət edib və xəstəxanaya qayınanası ilə birlikdə gəlib. Özünün dediyinə görə, o hamiləliyi ilə bağlı qayınanası tərəfindən təhqir edilərək döyülüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

 

Gununsesi.info