Bakıda piyadanı vuran sürücü hadisə yerindən qaçıb

  • By admin
  • 16 Dekabr 2016 10:25

piyade

Yasamal rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində Dairəvi yolda qeydə alınıb. Yolu keçmək istəyən piyadanı naməlum avtomobil vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Sürücü isə qəza baş verən ərazini tərk edib. Araşdırmalar zamanı məlum olub ki, dünyasını dəyişən şəxs Orucov Teyyub Məmməd oğludur.

Faktla əlqədar cinayət işi başlanılıb. Sürücünün tutulması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir.

Gununsesi.info