Bakıda mikroavtobus dirəyə çırpıldı – Foto

Bakıda mikroavtobus dirəyə çırpıldı – Foto

64a8943c93a7

 

Bakının Sabunçu rayonunda mikroavtobusun sürücüsü idarəetmədən çıxan nəqliyyat vasitəsini yol kənarındakı dirəyə çırpıb.

Gununsesi.info Musavat.com-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Sabunçu rayonunda baş verib. Həsənov Ramin Rafiq oğlunun idarə etdiyi “Mercedes” markalı mikroavtobus işıq dirəyinə çırpılıb. Hadisə zamanı xəsarət alan olmayıb. Ancaq nəqliyyat vasitəsinə cidd ziyan dəyib.

Sürücü bildirb ki, qəzaya yoldan keçən “Shacman” markalı yük maşını səbəb olub. Onun sözlərinə görə, ötmə əməliyyatını düzgün yerinə yetirməyən yük maşını diqqətini yayındırıb və o, idarəetməni itirib.

Hadisə yerinə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları cəlb edilib. Avtomobil evakuator vasitəsilə cərimə meydançasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info

 

COMMENTS