“Bakıda mağazamız açılsın” – “Beşiktaş”ın prezidentindən təklif

  • By admin
  • 05 İyul 2020 12:19

“Beşiktaş” klubunun prezidenti Ahmet Nur Çəbi Pərviz Musayev və Elçin Cəfərovun aparıcısı olduğu “Türkiyədən futbol” verilişinin qonağı olub.

Gununsesi.org xəbər verir ki, o, telefonla bağlanaraq maraqlı fikirlər bildirib.

Ahmet Nur Çəbi Bakıda “Beşiktaş”ın mağazasının açılması və azərbaycanlı futbolçuların bu kluba transfer olunması ilə bağlı maraqlı təklif irəli sürüb. O bildirib ki, azərbaycanlı iş adamları yardım etsə, hər iki işi reallaşdırmaq mümkündür.

 

 

Gununsesi.org