Bakıda mənzildən kişi meyiti tapıldı

  • By admin
  • 12 Fevral 2020 16:46

Abşeron rayonunda mənzildən kişi meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Gununsesi.org-a  bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunda bir nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1964-cü il təvəllüdlü Şükürov Salman Əli oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Gununsesi.org