Bakıda köşklərdən soyğunçuluq edən dəstə üzvləri saxlanıldı

  • By admin
  • 28 Mart 2020 11:00

Bakıda köşklərdən soyğunçuluq edən dəstə üzvləri saxlanılıb.

Gununsesi.org bildirir ki, APA-nın məlumatına görə, martın 27-də saat 02:45 radələrində paytaxtın Yasamal rayonu, Landau küçəsində yerləşən köşkə naməlum şəxslər daxil olaraq, satıcını bıçaqla hədələyib və oradan bir qutu siqaret götürüblər.

Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri M.Əliyev, C.Rəhimli, E.Qəhrəmanlı və B.Nağızadə saxlanılıblar.

Davam edən istintaq tədbirləri nəticəsində məlum olub ki, onlar Yasamal rayon ərazisində daha bir köşkdən satıcını bıçaqla hədələyərək soyğunçuluq ediblər.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işinə başlanılıb.

Gununsesi.org