Bakıda iki qardaş faciəli şəkildə öldü

  • By admin
  • 01 Aprel 2020 12:56

Bakıda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

Gununsesi.org xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Belə ki, martın 31-i saat 17 radələrində Qaradağ rayonunun Güzdək qəsəbəsi ərazisində Korgöz qəsəbə sakini A.Həsənov idarə etdiyi “Lada Priora” markalı avtomobili aşırıb.

Nəticədə, avtomobildəki sərnişinlər – qəsəbə sakinləri Anar Əlişanov və qardaşı Asif hadisə yerində ölüb, sürücü xəstəxanaya yerləşdirilib.

Gununsesi.org