Bakıda həkimə qarşı dələduzluq edildi

  • By admin
  • 14 Fevral 2020 09:52

Bakıda dələduzluqda təqsirləndirilən Cahid İsayev barəsində olan hökmdən kassasiya şikayəti verib.

Gununsesi.org xəbər verir ki, Ali Məhkəməyə müraciət edən məhkum cəzasının yüngülləşdirilməsini istəyir.

Şikayət hakim Hafiz Nəsibovun icraatına verilib.

Məhkəmənin vaxtı hələlik açıqlanmayıb.

İttiham aktına əsasən, C.İsayev Familə Abdullayeva ilə Mehriban Məmmədovaya qarşı dələduzluq edib. O, Bakıda həmin şəxslərə yalan vəd verərək, depolardan tibbi ləvazimatlar alıb, apteklərə satmaq yolu ilə gəlir əldə edəcəklərini bildirib. Qadınlar həmin işin görülməsi müqabilində ona ümumilikdə 95 min manat pul verəndən sonra isə C.İsayev verdiyi vədə əməl etməyək, onları aldadıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.İsayev səkkiz il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum və zərərçəkmiş apellyasiya şikayəti veriblər.

Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, C.İsayevin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb.

Xatırladaq ki, M.Məmmədova 2000-ci illərdən Uşaq Nevroloji Xəstəxanasında həkim vəzifəsində çalışır.

C.İsayev isə bir müddət əvvəl “Azərfarm” dərman şirkətində satış meneceri vəzifəsində işləyib.

Gununsesi.org