Bakıda dəhşətli intihar: 21 yaşlı gənc özünü 18-ci mərtəbədən atdı

  • By admin
  • 15 May 2020 16:14

Bakının Nəsimi rayonunda intihar hadisəsi baş verib.

Gununsesi.org bu barədə Oxu.Az-a istinadən məlumat verir.

Sabunçu rayonunun Maştağa qəsəbəsinin sakini, 1999-cu il təvəllüdlü Rəşad Rəhimov Şövqiyar Abdullayev küçəsində yerləşən 23 nömrəli binanın 18-ci mərtəbəsindən özünü atıb.

Hazırda Nəsimi Rayon Prokurorluğu faktla bağlı araşdırma aparır, intiharın səbəbləri müəyyənləşdirilir.

Gununsesi.org