Bakıda “Bizim Hüquqlarımız, Azadlıqlarımız, Avropamız” adlı konfrans keçiriləcək - AŞ PA PREZİDENTİNİN İŞTİRAKI İLƏ

  • By admin
  • 10 Sentyabr 2019 20:44

Sabah Bakıda Avropa Şurasının 70 illik yubileyinə həsr olunmuş “Bizim Hüquqlarımız, Azadlıqlarımız, Avropamız” adlı yüksək konfrans keçiriləcək.

Avropa Şurasının mərkəzi ofisindən Gununsesi.org-a daxil olan xəbərə görə, konfrans Avropa Şurasının Azərbaycandaki Ofisi və Fransanın Azərbaycan Respublikasındaki Səfirliyi tərəfindən təşkil olunacaq.

“Bizim Hüquqlarımız, Azadlıqlarımız, Avropamız” adlı konfrans may və noyabr aylarında Avropa Şurası Nazirlər Komitəsinin  Fransa Prezidentliyi və Avropa Şurasının 70 illik yubileyi münasibəti ilə təşkil olunur. Konfransda Avropada insan hüquqları, demokratiya və qanunun aliliyin təşviqində Avropa Şurasının tarixi rolu, habelə, təşkilat və üzv dövlətlərin qarşılaşdığı hazırki və gələcək çağrışları müzakirə olunacaq.

Avropa Şurası Parlament Assambleyasının Prezidenti Xanım Liliane Maury Pasquier tədbirə rəhbərlik edəcəkdir.

 

Elmar Elnuroğlu

Gununsesi.org