Bakıda bıçaqlanma hadisəsi baş verib

  • By admin
  • 24 Noyabr 2016 09:40

BICAQ

Binəqədi də gənc oğlan bıçaqlanıb, Suraxanı rayonunda isə qadın  döyülüb.

Gununsesi.info xəbər verir ki, Binəqədi rayonunda 26 yaşlı gənc bıçaqlanıb. Hadisə Sulutəpə qəsəbəsi Ruslan Allahverdiyev küçəsində yerləşən kafenin qarşısında baş verib. 37 yaşlı Daşqın Qəhrəmanov Abşeron rayon sakini 27 yaşlı Elxan Qədirova qarın nahiyəsindən bıçaqla xəsarəti yetirib. Elxan Qədirov aldığı xəsarətlərlə xəstəxanaya çatdırlıb. Dərhal əməliyyat olunub. Onu vəziyyəti ağır olduğundan dindirmək mümükün olmayıb. Hadisəni törətməkdə şübhəli bilinən Daşqın Qəhrəmanovun tutlması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir.  Faktla əlaqədar cinayət işi başlanıb. Araşdırmalar aparılır. Digər bir qanlı hadisə isə Suraxanı rayonunda baş verib. Rayonun Yeni Günəşli qəsəbəsi V massivi bina 21 mənzil 81-də yaşayan 23 yaşlı Bədəlova Bəsti Allahverdi qızını qonşuları binanın blokunda qan içində aşkar ediblər. Bəsti Bədəlova çağrılan təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilib. Həkimlər Bəsti Bədəlovanın döyüldüyünü bildiriblər. Hadisə barədə polisə məlumat verilib. Araşdırmalar zamanı məlum olub ki, nitq qüsurlu olan Bəsti Bədəlova binanın blokunda aşkar edilsədə mənzilinin qapısı açıq olub. Lakin evdən oğurluq edilməyib. Naməlum şəxs Bəsti Bədəlovanın saçını kəsərək onun cibinə qoyub.

Faktla əlaqədar başlanılan araşdırmalar davam edir.

Gununsesi.info