Bakıda Azərbaycan-İran Birgə İşçi Qrupunun iclası keçiriləcək

  • By admin
  • 25 İyul 2016 16:44

A4463CEF-9FBC-4ADC-BD1D-DA7E4F540BE6_mw1024_mh1024_s

 

Sabah Bakıda Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin reallaşdırılması çərçivəsində Astara (İran)- Rəşt (İran) dəmiryolunun tikintisi ilə bağlı yaradılan Azərbaycan-İran Birgə İşçi Qrupunun iclası keçiriləcək.

Bu barədə Gununsesi.info-ya açıqlamasnda İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib. Onun sözlərinə görə, bu məqsədlə İranın Şəhərsalma və Yol nazirinin müavini, İran tərəfdən İşçi Qrupunun həmsədri Fəxriyyə Kaşanın rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycana gələcək. Azərbaycan tərəfdən işçi qrupuna rəhbərliyi iqtisadiyyat nazirinin müavini Sahil Babayev edir. İclasda Azərbaycanın Şimal-Cənib dəhlizi çərçivəsində Azərbaycanaın Astara (İran)-Rəşt (İran) dəmiryol xəttinin çəkilişinə yatıracağı maliyyə vəsaiti müzakirə olunacaq. Azərbaycan Astara-Rəşt dəmiryolu hissəsinin çəkilişinə 500 milyon dollar vəsait yatırmaq niyyətindədir. İclasda Azərbaycan tərəfinin yatıracağı maliyyə vəsaitinin hansı işlərə sərf olunacağı və digər məsələlər nəzərdən keçiriləcək.

Mürtəza

Gununsesi.info