Bakıda avtomobillə qadını vuran sürücü hadisə yerindən yayınıb

  • By admin
  • 25 Fevral 2020 21:45

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər ağır kəllə-beyin travması alıb.

Gununsesiaz.info xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib.

1985-ci il təvəllüdlü Mahmudova Heyran Vidadi qızı marketdən çıxarkən səkidə onu minik avtomobili vurub. Hadisəni törədən sürücü ərazidən uzaqlaşıb.

Qadın ağır kəllə-beyin travması diaqnozu ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Hazırda Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları sürücünün axtarışındadır.

 

 

Gununsesiaz.info