Bakıda avtomobildə erməni mahnısı səsləndirən şəxs saxlanıldı – RƏSMİ - VİDEO

  • By admin
  • 06 Noyabr 2019 12:34
Bakıda avtomobilində erməni dilində mahnı səsləndirib video paylaşan şəxs saxlanılıb.
Gununsesi.org xəbər verir ki, bu barədə Oxu.Az-a Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
Onun sözlərinə görə, təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərilə sosial şəbəkələrdə avtomobilin içərisində erməni mahnısı səsləndirilən şəxsin kimliyi müəyyən olunaraq, saxlanılıb.
Faktla bağlı müvafiq olaraq, araşdırmalar aparılır, təfərrüatı öyrənilir.