Bakıda avtomobil yol ayrıcısına çırpıldı

  • By admin
  • 02 Dekabr 2019 22:24

Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.org xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dekabrın 1-də saat 18 radələrində Yasamal rayonu ərazisində Bakı şəhər sakini Fəxrəddin Əkbərov idarə etdiyi “Nissan” markalı avtomobili yol ayırıcısına vurub. Nəticədə sürücü xəstəxanaya aparılarkən yolda ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

 

Gununsesi.org