Bakıda 70 yaşlı qadın qətlə yetirildi

  • By admin
  • 19 Sentyabr 2019 11:52

Bakının Xətai rayonunda dəhşətli cinayət faktı qeydə alınıb.

Bu barədə Gununsesi.org-a Xətai Rayon Prokurorluğundan məlumat verilib.

Qəddar cinayətin qurbanı 1949-cu il təvəllüdlü Qreçneva Valentina Aleksandrovna olub.

Telnova küçəsindəki mənzildə qadının üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Qəsdən adam öldürmə faktı ilə Azərbaycan CM-nin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

İlkin ehtimala görə, qadının qətlində oğlunun əli var. Cinayəti törədən şəxs gizlənib. Hazırda 34-cü Polis Bölməsinin əməliyyatçıları şübhəli şəxsin axtarışına başlayıblar.

Gununsesi.org