Bakıda 28 yaşlı gənc bıçaqlanıb

  • By admin
  • 30 Oktyabr 2019 22:46

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Gununsesi.org xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.

Şüvəlan qəsəbəsində 1991-ci il təvəllüdlü İsmayılov Xəlil Qahir oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qarnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və cərrahi əməliyyat olunub.

 

Gununsesi.org