Bakı sakinindən “Makarov” tapança götürüldü

  • By admin
  • 26 İyun 2020 14:54

Bakı şəhər sakini Ş.Həsənovdan nömrəsi silinmiş “Makarov” markalı tapança və 4 ədəd patron götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Gununsesi.org-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini Ş.Həsənov saxlanılıb.

Ondan nömrəsi silinmiş “Makarov” markalı tapança və 4 ədəd patron götürülüb.

Gununsesi.org