“Bağışlayıram, amma unutmuram”- MURAD ARİF

“Bağışlayıram, amma unutmuram”

murad arif

Muztv-nin kameraları önünə keçən aparıcı, bəstəkar, müğənni Murad Arif bir sıra maraqlı məqamlara toxunub.

Gununsesi.info muztv-yə istinadən xəbər verir ki,ifaçı bağışlamağı bacarsa da, amma bunu heç vaxt unutmadığını deyib:

“Heç vaxt unutmuram. Çox asan bir şəkildə yenidən əlaqə yaradıram. Məni sevən insanlar var. Məni sevməyən insanlar da var. Bir də məni bir balaca sevməyən insanlar var. O, bir balaca sevməyən insanları həmişə yaxınlığımda saxlamağı xoşlayıram. Bəlkə məni qazandılar. Bəlkə mən onları qazandım. Mən həmişə şans verirəm. Həmişə də bağışlayıram. Amma heç vaxt unutmuram. Bunu bu gün mənimlə oturub-duran xətrimi əziz tutan dostlarım da bilsin. Deyirəm ki, dostuq, qardaşıq, amma filan hərəkətin hələ də yadımdadır. Bu ağıl göstəricisidir. Bir az ağıllıyam”.

Gununsesi.info

COMMENTS