Xaçmazda kənd sakini elektrik cərəyanı vurması nəticəsində ölüb.
Gununsesi.org xəbər verir ki, hadisə bu gün günorta saatlarında Xaçmaz rayonunun Qımılqışlaq kəndi ərazisində baş verib.
Məlumata görə, kənd sakini, 1997-ci il təvəllüdlü Bağırov Yaqub Zümrüd oğlu bağda gilas yığarkən 10.000 kV elektirik xətlərinin ağaca toxunması səbəbindən dünyasını dəyişib.
Faktla əlaqədar araşdırma aparılır.
Gununsesi.org