Bacısına sataşan kirayəşini bıçaqladı- FOTO

Bacısına sataşan kirayəşini bıçaqladı

kiraye

“ Kiminsə bacısına sataşan bu cəzanı alamalıdır”.

Gununsesi.info xəbər verir ki, Abşeron rayon sakini Şahin Məmmədov kirayəşini Yavər Babayevi bıçaqladığı üçün saxlanılıb. Özünün də dediyi kimi Yavər adlı şəxs onun bacısına sataşdığı üçün bıçaqlanıb. 34 yaşlı Şahinin sözlərinə görə bacısının yoldaşı təzəlikcə rəhmətə getdiyindən bacısı və 3 uşagı onun himayəsində qalıb. Ancaq öz həyətində kirayə yaşayan Yavər onun bacısına göz qoyub. Bundan xəbər tutan Şahin məsələni araşdırmağa başlayıbŞahinin sözlərinə görə bıçaqlanan Yavər bacısı oğlundan anasının nömrəsini alıb. Daha sonra isə ona zəng edib. Ancaq Yavər Şahinin yeznəsinin təzəliklə rəhmətə getməsini bilə-bilə əməlinə haqq qazandırmağa başlayanda Şahin onu bıcaqla cəzalandırıb. Daha sonra Şahin Abşeron rayon polis idarəsinə gələrək özü təslim olub. Şahin kiminsə bacısına sataşan şəxsin sonun belə olacğını desə də peşiman olmasının səbəbindən də danışdı. Artıq faktla bağlı Abşeron rayon polis idarəsində cinayət işi başlanıb araşdrma aparılır.

Gununsesi.info

COMMENTS