“Bacarıqlı gənclər” festivalı keçiriləcək

  • By admin
  • 13 İyul 2020 22:51

15 iyul tarixində Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Könüllülərinin Əlaqələnirmə Mərkəzi (AKƏM) və Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) birgə təşkilatçılığı ilə BMT tərəfindən elan olunmuş “Beynəlxalq Bacarıqlı Gənclər Günü”nə həsr olunmuş,  “Bacarıqlı gənclər” inkluziv onlayn festival keçiriləcək.

Dünyanı bürüyən koronavirus pandemiyası dövrü ərzində, gənclərin öz asudə vaxtlarını daha səmərəli və faydalı keçirmələri üçün təşkil edilən layihələrin davamı olaraq, bu festivalın da əsas məqsədlərindən biri istedadlı və bacarıqlı gənclərin daha böyük kütləyə tanıdılması, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya olunmasına dəstək verilməsidir.

Onlayn formada keçiriləcək festivalda iştirak etmək üçün müxtəlif könüllü hərəkatlarını təmsil edən gənclər öz istedadlarını əks etdirən qısa videolar göndərəcək, seçilən videolar onlayn festival boyunca izləyicilərə nümayiş etdiriləcək.