Bərdədə 37 yaşlı kişini arı sancdı, öldü

  • By admin
  • 17 İyun 2020 09:20

Bərdədə 37 yaşlı kişini arı sancıb.

Gununsesi.org xəbər verir ki, rayonun Gərənə kənd sakini, 1983-cü il təvəllüdlü Həmidov Xəyyam Akif oğlu hadisədən sonra yaxınları tərəfindən Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Buna baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Gununsesi.org