Bərbər 15 yaşlı şagirdi tərəfindən bıçaqlandı - FOTOLAR

  • By admin
  • 22 İyun 2020 16:12

Bərdədə 23 yaşlı bərbər 15 yaşlı şagirdi tərəfindən qayçı ilə vurulub və nəticədə ağır xəsarət alıb.

Gununsesi.org-un xəbərinə görə, hadisə rayonun Həzi Aslanov küçəsində yerləşən bərbərxanada baş verib.
Belə ki, rayonun Alaçadırlı kənd sakini 1997-ci il təvəllüdlü Məmmədov Ceyhun Hüsü oğlu rayonun Həzi Aslanov küçəsində yerləşən bərbərxanada öz şagirdi Namazov Raul Vüqar oğlu tərəfindən qayçı ilə bədənin qarın boşluğundan ağır xəsarət alıb. Kəskin qanaxması olduğundan o, dərhal əməliyyata götürülüb. Həkimlərin söylədiyinə görə, onun vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.
 

Gununsesi.org