Azərbaycanda bələdiyyələrə qarşı 17 cinayət işi başlayıb

  • By admin
  • 01 Aprel 2020 12:28

Bələdiyyələrin fəaliyyəti ilə bağlı 24 inzibati araşdırmada cinayət əlamətləri aşkar edilib.

Gununsesi.org xəbər verir ki, bu barədə bələdiyyələrin ötənilki fəaliyyətinə dair hesabat məruzəsində qeyd olunub. Bildirilir ki, bu materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib.

Həmin materiallardan 17-si üzrə cinayət işi başlayıb. 1 material üzrə cinayət işi rədd edilib. Digər materiallarla bağlı işlərə isə baxılmaqdadır.

Gununsesi.org