“Bəziləri Prezidentin son təyinatına da öz “xarakterləri”nə uyğun yanaşdılar…”- BAHAR MURADOVA

“Bəziləri Prezidentin son təyinatına da öz “xarakterləri”nə uyğun yanaşdılar…”

BAHAR-1
Mehriban Əliyevanın  birinci vitse-prezident təyin olunması nəinki Azərbaycan cəmiyyətində, eləcə də, ölkə hüdudlarından kənarda ciddi reaksiyaya səbəb oldu. Mütləq əksəriyyət Mehriban Əliyevanın bu təyinatını müsbət qarşılayıb. Buna baxmayaraq bəzi qüvvələr, qruplar, dəstələr, insanlar bu təyinatı qısqanclıqla qarşılayıb və bu təyinatla bağlı müxtəlif  mövqelər sərgiləyiblər.
Azərbaycan Prezidenti İlham Əliyevin birinci vitse-prezident təyinatı ilə əlaqədar əsk mövqe səsləndirənlərlə bağlı Milli Məclisin (MM)  vitse-spikeri Bahar Muradovaya müraciət etdik.
B. Muradova Gununsesi.info-ya müsahibəsində Azərbaycan Prezidentinin birinci vitse-prezident postuna təyinatla bağlı səslənən əks fikirlərə cavab verib.
mehriban xanim-preziodent
-Bahar xanım, Azərbaycan Prezidentinin birinci vitse-prezident təyinatı mütləq əksəriyyət tərəfindən müsbət qarşılansa da, ancaq həm ölkə daxilində, həm ölkə xaricində bəzi müxalif qüvvələr bu təyinatı başqa cür yozmağa çalışır, bəzi məqamlarda isə buna qısqanclıqla yanaşırlar. Sizin bu fikirlərə mövqeyinizi bilmək istərdik?
– Adını çəkdiyiniz qüvvələr və  qruplar var ki, onlar Azərbaycanda hansı qərar verilməsindən asılı olmayaraq, bu qərarları özlərinə məxsus formada qarşılayır və mövqe sərgiləyirlər.  Bunlar bizim üçün yenilik deyil.  Bu dediyiniz düşərgənin nümayəndələri nə zaman Azərbaycanda  atılan hansısa addımın və  ya qəbul edilən qərarın doğru olduğunu dilə gətirib və yaxud,  müsbət qarşılayıblar?! Onlar hər zaman qəbul edilən qərarları və atılan addımları qısqanclıqla qarşılayaraq, qəbuledilməzlik mövqeyindən çıxış ediblər. Nə edək?!  Onlar da həyatlarını belə qurublar?!
Bu düşərgənin nümayəndələri bütün məsələlərə bu prizmadan yanaşırlar. Bu da onların yanaşmasıdır. Çünki Azərbaycanda demokratik  cəmiyyət mövcud olduğundan,  hər kəs istənilən məsələyə öz maraqları prizmasından çıxış edərək, mövqe sərgiləyir və ya şərh etməyə çalışır.
Amma onu da yaddan çıxarmaq olmaz ki, Azərbaycan xalqının böyük əksəriyyətinin bir marağı var. O da  Azərbaycan dövlətinin marağının qorunması və inkişaf etdirilməsi, milli maraqların üstün tutulması, ərazi bütövlüyünün, suverenliyinin təmin olunması, müstəqil siyasət yürüdülməsi, xalqın rifah halının və  sosial durumun yaxşılaşmasıdır ki, mütləq əksəriyyət də dövlət başçısı İlham Əliyevin bu işin öhdəsindən uğurla gəldiyi qənaətindədir. Məhz ona görə də onun atdığı addımları  dəstəkləyirlər. Xalq onun qərarlarının doğru olduğuna inanır. Biz də özümüzü bu cərgədə olan adamlardan hesab edirik.
mehriban xanim-4
-Dediyiniz kimi, bu qısqanclığın səbəbi nədir? Bu nədən və haradan  qaynaqlanır?
– Bunun bir səbəbi var ki, bu da həmin qüvvələrin – istər daxili,  istərsə də xarici qüvvə olsun – Azərbaycanın inkişafını, onun uğurlarını  gözü götürməsidir… Onlar heç zaman Azətbaycanın inkişafını istəmir və hər vasitə ilə bu inkiaşfa mane olmağa çalışırlar. Azərbaycanın uğurlu gələcəyini təmin edəcək  qərarlara və addımlara qısqanclıqla yanaşaraq, onlara kölgə salmağa çalışırlar.
İndi də öz xislətlərinə uyğun olaraq  mövqe sərgiləyirlər… Qaldı ki Azərbaycan Prezidentinin Mehriban xanım Əliyevanın birinci vitse-prezident təyin olunması ilə bağlı qərarına, bu, çox uğurlu və düzgün qərardır. Azərbaycan cəmiyyəti inanır ki, Mehriban xanım Əliyeva  üzərinə düşən missiyanın öhdəsindən layiqincə gələcək. Və o, bunu elə qısa zamandaca fəaliyyəti ilə sübut edəcək.
-Yəni, demək istəyirsiniz ki, bu qərar sanki cəmiyyətdən gələn sosial sifariş idi və Azərbaycan Prezidenti də cəmiyyətin bu rəyini nəzərə aldı…
-Bəli! Mümkünsə,  bir yaxın keçmişə ekskurs edin. Referendum  öncəsi və referendumdan sonra   politoloqlar, siyasi ekspertlər  Azərbaycanda vitse-prezidentlik institutunun yaradılması və kimlərin bu postları tutuması ilə bağlı öz proqnozlarını verərək, müxtəlif  şəxslərin adlarını çəkiblər. Təbii ki, bu proqnozları verərkən də, kimin birinci vitse-prezdent və ya vitse-prezident olması ilə bağlı konkret adamların adlarını söyləyiblər. Bu şərhlərə və proqnozlara nəzər salsaq, o zaman da görərik ki, birnici vitse-prezident postuna ən layiqli namizəd kimi Mehriban xanım Əliyevanın adı çəkilib. İlk sırada onun adı dururdu.
Digər bir məqam isə ondan ibarətdir ki,  Azərbaycan cəmiyyəti artıq belə bir qərarı  çoxdan gözləyirdi və bu qərar da verildi. Yəni, Azərbaycan Prezidenti İlham  Əliyev  belə bir sərəncama imza atmaqla,  əslində cəmiyyətin gözləntilərini doğrultdu.
14876696501179663722_1000x669
-Onda  bu qərarla Azərbaycan Prezidenti  bir daha sübut etdi ki, hər hansı qərar verəndə və ya sərəncam imzalayanda  cəmiyyətin də rəyini nəzə alır…
-Təbii… Azərbaycan Prezidenti hər hansı addım atanda və qərar verəndə özünün mövqeyini əsas götürməklə yanaşı,  bu  addımın sosial sifariş olub-olmadığını da nəzərə alır. Kadr təyinatı zamanı isə təyin edəcəyi kadrın iş keyfiyyətini, peşəkarlığını, bacarığını nəzərə alır. Eyni zamanda, cəmiyyətdən gələn istəkləri də nəzərə alır. Bu mənada ölkə başçısı addımları atarkən bütün bu parametrlərə diqqət yetirir. Ona görə də hesab edirəm ki, xalqın mütlək əksəriyyətinin mövqeyini əsas götürməliyik.
Qaldı ki bayaq adını çəkdiyiniz qüvvələrə, bir daha təkrar edirəm ki, onlar  hər zaman olduğu kimi, öz xaraktelərinə uyğun olaraq Azərbaycanın uğurlarına qısqanclıqla yanaşıblar. Yəni, onların bu addımları cəmiyyətin diqqətini müsbət emosiyalardan yayındırmaq cəhdidir ki, artıq bu da alınmır. Çünki cəmiyyətimiz onların dediklərinin qeyri-ciddi  və cəfəng olduğunu bildiyindən, onlara əhəmiyyət vermir,  onları eşitmək belə istəmir.
Mürtəza
Gununsesi.info

COMMENTS