Kanalda batan azyaşlı tapıldı- YENİLƏNİB

  • By admin
  • 15 Avqust 2016 15:10

kanal

 

Yevlax rayonunda azyaşlı kanala düşüb.

Gununsesi.info  Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən  verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Yevlax rayonu, Aran qəsəbəsində bir azyaşlının Yuxarı Qarabağ kanalına düşməsi barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupunun xilasediciləri tərəfindən həmin şəxsin axtarışlarına başlanılıb.

Əlavə məlumat veriləcək.

***

Qeyd edək ki, artıq kanala düşən uşaq tapılıb.

FHN-in saytı məlumat verir ki, rayonun Aran qəsəbəsində Yuxarı Qarabağ kanalına düşmüş azyaşlı vətəndaşlar tərəfindən tapılaraq aidiyyatı üzrə təhvil verilib.

Anar 

Gununsesi.inf