AzTV-nin daha bir əməkdaşı koronavirusdan öldü

  • By admin
  • 03 İyul 2020 07:55

 

Azərbaycan Dövlət Televiziyası Qapalı Səhmdar Cəmiyyətinin (AzTV)əməkdaşı, əməkdar incəsənət xadimi Etibar Babayev dünən müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Gununsesi.org-un xəbərinə görə, AzTV əməkdaşı bir neçə gün öncə “COVİD-19” pandemiyasına yoluxub.

Qeyd edək ki, iki gün əvvəl dövlət televiziyasının rejissoru Samir Nemətzadə də koronavirusdan dünyasını dəyişib.

 

Gununsesi.org