“Aztəminatlı ailələrdən olan 1400 ailənin kiçik ailə təsərrüfatları yaradılacaq”- NAZİR

“Aztəminatlı ailələrdən olan 1400 ailənin kiçik ailə təsərrüfatları yaradılacaq”

71e65193-e544-4bb0-a1e8-f452fab3300b

“Torpaqlardan səmərəli istifadə edilməklə kənd təsərrüfatında ixracyönümlü məhsul istehsalı sektorlarının, o cümlədən pambıqçılığın, tütünçülüyün və s. sürətli inkişafına nail olunması əmək resurslarının 36,7 faizinin cəmləşdiyi kənd yerlərində məşğulluğun əhəmiyyətli şəkildə artmasına şərait yaradıb. Həmçinin sosial mənzillərin inşasına başlanması, rayonlarda sənaye zonalarının yaradılması üçün aparılan işlər, müxtəlif bölgələrdə toxuculuqla, xalçaçılıqla məşğul olanlara dövlət dəstəyi nəticəsində təkcə bu sahə üzrə 5 min iş yerinin yaradılması ümumilikdə ölkənin əmək bazarında ciddi irəliləyişlərə səbəb olacaq”.

Gununsesi.info xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aztəminatlı ailələrin özünüməşğulluğunun təmin edilməsi məsələlərinə dair ümumrespublika müşavirəsində deyib.

Ölkədə müsbət demoqrafik meyllərin davam etdiyini bildirən S.Müslümov cari ilin yanvar-may aylarında respublika əhalisinin sayının ilin əvvəlindən 41,8 min nəfər və ya 0,4 faiz artaraq iyun ayının 1-i vəziyyətinə 9747,4 min nəfərə çatdığını qeyd edib. Nazir əhalinin, habelə  əmək bazarına daxil olan işçi qüvəsinin getdikcə artmasının əmək bazarı ilə bağlı proqramların, eləcə də yeni Məşğulluq Konsepsiyasının hazırlanmasında diqqətdə saxlanmasının vacibliyini vurğulayıb.

Artıq yaxın vaxtlarda aztəminatlı ailələrdən olan 1400 ailənin kiçik ailə təsərrüfatlarının yaradılacağını bildirən S.Müslümov vurğulayıb ki, əsas vəzifə proqrama cəlb olunacaq ailələrin bu proqramda iştirak etmək üçün potensiallarının düzgün qiymətləndirilməsi, yaradılacaq ailə təsərrüfatlarının inkişafına nail olunmasıdır: “Çünki məqsəd təkcə o ailələrin yoxsulluq vəziyyətindən çıxarılması deyil, onların gələcəkdə biznes fəaliyyətlərini getdikcə genişləndirmələridir”.

Gununsesi.info

COMMENTS