Azercell ilə Mobil Musiqi limitsiz oldu!

  • By admin
  • 11 Mart 2020 16:03

Rəqəmsal sahədə innovasiyaları ilə seçilən, müasir texnologiyalar və effektiv həllər vasitəsilə insan həyatını asanlaşdırmağı hədəfləyən “Azercell Telekom” MMC abunəçilərinə daha bir kampaniya təqdim edir.

08.03.2020 tarixindən etibarən Azercell abunəçiləri Zvuk Aylıq paketinə qoşulmaqla mobil internetə əlavə heç bir ödəniş etmədən xidmətdən Azercell şəbəkəsində tam limitsiz istifadə imkanı əldə edir. Belə ki, bir smartfonda 40 milyondan artıq musiqi parçası, ən populyar pleylistlər, üç dildə menyu, sosial şəbəkələrdə musiqi paylaşmaq və digər imkanları olan bu mobil tətbiq çərçivəsində *707#YES yığıb Zvuk aylıq paketinə qoşulan hər kəs musiqi dinləyərkən mobil internetdən limitsiz faydalanacaq.

Nəzərinizə çatdırıaq ki, kampaniya 15.04.2020 tarixinədək qüvvədədir.

 

Gununsesi.org