“Azərişıq” ötən ilin maliyyə nəticələrini açıqlayıb

  • By admin
  • 22 İyun 2020 19:57

“Azərişıq” ASC 2019-cu ili 54,9 milyon manat xalis zərərlə başa vurub. Halbuki, qurum 2018-ci ildən 12,9 milyon manat xalis mənfəətlə çıxmışdı.

Gununsesi.org xəbər verir ki, ötən il “Azərişığ”ın elektrik enerjisinin satışından gəlirləri 1 232,4 milyon manat (əvvəlki ilə nisbətən 2,3% çox), satışının maya dəyəri 1 134,3 milyon manat (3,4% çox), paylama xərcləri 47 milyon manat (9,1% çox), inzibati xərcləri 62,1 milyon manat (21,6% çox), ticari debitor borcları üzrə dəyərsizləşmə zərəri 15,6 milyon manat (32,4% çox), sair xərcləri 6,7 milyon manat (49,3% az), sair gəlirləri 102 min manat (99,8% az), xalis maliyyə xərcləri 19,8 milyon manat (3 dəfə çox), mənfəət vergisi ödəmələri isə 1,8 milyon manat (89,5% az) təşkil edib.

Bu il yanvarın 1-nə “Azərişığ”ın aktivləri 2 320,6 milyon manat olub ki, bu da illik müqayisədə 3,7% çoxdur. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri təxminən 5% artaraq 0,7 milyon manata, balans kapitalı isə 3,1% artaraq 1 620,8 milyon manata çatıb.

Xatırladaq ki, “Azərişıq” 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 678,7 milyon manatdır.

 

 

Gununsesi.org