Azərbaycanlılar hər saatına cəmi 40 sent qazanır

  • By admin
  • 24 Oktyabr 2016 11:34

dollar

Devalvasiyadan sonra manatın dəyər itirməsi ölkə əhalisinin gəlirlərində dollar ifadəsində ciddi azalma baş verdi. Hətta bu baxımdan regionda ən geridə qalmış dövlətik.

Gununsesi.info xəbər verir ki, iqtisadçı ekspert Məhəmməd Talıblı  maraqlı bir müqayisə aparıb. İqtisadçı bildirir ki,  Azərbaycanda minimum əməkhaqqını dollara konvertasiya edəndə 82 ABŞ dolları edir: “Bu məbləği 1 ay ərzindəki 24 iş gününə böləndə isə 3,4 dolların düşdüyünü görürük. Onu isə 8 saatlıq iş rejiminə böləndə 0,4 dollar və ya 40 sent edir.”

Deməli, minimum əməkhaqqı alan hər bir azərbaycanlının 1 saatda qazandığı vəsait cəmi 40 sentdir.  M.Talıblı dünya ölkələrində hər saatda ən az qazanan vətəndaşların gəlirlilik səviyyəsini müqayisə edib.

Vüsalə Rüsətmova

Gununsesi.info