Azərbaycanlılar deportasiya edildi

  • By admin
  • 04 Fevral 2020 16:38

Rusiyanın Tümen vilayətindən ötən il ərzində 32 qanunsuz miqrant deportasiya edilib.

Gununsesi.org Vsluh.ru-ya istinadən xəbər verir ki, deportasiya olunanlar müxtəlif ölkələrin vətəndaşlarıdır.

Onların arasında altı Azərbaycan vətəndaşının olduğu bildirilir. Bu miqrantların ölkə ərazisində yaşama və iş patenti icazəsi olmayıb.

Onlar vilayət məhkəməsinin qərarı ilə ölkə ərazisindən çıxarılaraq ölkələrinə deportasiya ediliblər.

Gununsesi.org