Azərbaycanlı yazıçı həbs olundu – Naməlum ittiham

  • By admin
  • 17 Fevral 2020 17:38

Güney azərbaycanlı yazıçı Mənsur Zeynalzadə İran məhkəməsinin qərarı ilə 1 azadlıqdan məhrum edilib.

Gununsesi.org xəbər verir ki, azərbaycanlı yazıçı barəsində irəli sürülmüş ittihamlara razılaşmayaraq, bunu saxta adlandırıb.

Mənsur Zeynalzadə ötən il dekabrın 9-da Urmiyada İran kəşfiyyat idarəsi (ETTELAAT) tərfindən saxlanılıb. İran İnqilab məhkəməsində mühakimə olunan yazıçı 1 il müddətinə azadlıqdan məhrum edilib.

Zeynalzadə barəsində hansı ittihamın irəli sürüldüyü bildirilməyib.

Qeyd edək ki, Çaypara şəhərindən olan Mənsur Zeynalzadə Azərbaycan dilində çap etdirdiyi “Bəyazlanan qara saçlar” adlı şeirlər kitabının müəllifidir

Gununsesi.org