Azərbaycanlı sevgilisinin və 4 yaşlı qızın başını kəsdi - RUSİYADA

  • By admin
  • 03 Noyabr 2016 12:36

image_03112016110453_14781530934907edg

Rusiyanın Orsk şəhərində qadın və 4 yaşlı qızı öldürülüb.
Gununsesi.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, 1981-ci il təvəllüdlü qadın və azyaşlı qızı boğazları kəsilərək qətlə yetirilib. Öldürülən şəxslərin meyitlərini qadının anası aşkarlayıb.
Cinayəti törətməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Qardaşov Rauf Cəmaləddin oğlu axtarılır.
Qeyri-rəsmi mənbələrdən verilən məlumata görə, həmin şəxs milliyyətcə azərbaycanlıdır. O, öldürülən qadınla bir evdə yaşayıb. Faciyə ərəfəsində Rauf Federal miqrasiya xidmətindən ölkəni tərk etmək barədə arayış alıb.

Regional İstintaq İdarəsindən faktı təsdiqləyiblər. Ölənlərin meyitləri ekspertizaya aparılıb.
Faktla bağlı 2 şəxsi öldürmək, eyni zamanda azyaşlını öldürmək maddəsiylə cinayət işi açılıb.
Müstəntiqlər şübhəli şəxsin intihar edə biləcəyi ehtimalını da nəzərdən keçirirlər.

Gununsesi.info