Azərbaycanlı nazirin şirkəti və çoxminlik korrupsiya faktları üzə çıxdı: Aldığı aylıq “patentlər”in siyahısı +FOTO FAKT

  • By admin
  • 18 May 2020 14:42

Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayevin şirkəti üzə çıxıb.

 

Gununsesi.org-un xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

C.Həsənli bildirib ki, Ə.Qarayev topladığı pulların bir qismini sabiq deputat Hüseynbala Mirələmovla Panamada şərik açdığı RİMBA S.A. şirkətinə ötürüb:

 

“Məlum olan korrupsiya faktları:

 

* İrəvan Dövlət Dram Teatrı ilə bağlı layihə: məbləğ – 900 min manat;

 

* Aşıq Hüseyn Bozalqanlının Ev Muzeyi və Tovuz Mədəniyyət Evi ilə bağlı layihə: 751 min manat.

 

* Hər ay musiqi məktəblərindən çatan vəsait: Əvvəlcə ayda 9 min, daha sonra 11 min manat;

 

* Ay ərzində 15 idarədən yığılan məbləğ – 60 min manat;

 

* Şirkətlərin qaytardığı (“otqat”) vəsait – 290 min manat;

 

* Rayonlarda aparılan təmir işləri ilə əlaqədar ayrılan vəsait – 1 milyon 500 min manat.

 

Şirkətin adına gəlincə, Rimba malayziyalıların dilində “Cəngəllik”, “mədəniyyətdən, gözdən-könüldən uzaq dərin meşəlik” deməkdir”.

 

 

Gununsesi.org