Azərbaycanlı keçmiş deputatın şirkətlərinin siyahısı yayıldı: MMC-lər, fermer və… (FOTOLAR)

  • By admin
  • 24 Fevral 2020 11:16
V çağırış Milli Məclisin deputatı Xanhüseyn Kazımlıya məxsus şirkətlərin adları məlum olub.
Gununsesiaz.info xəbər verir ki, siyahını araşdırmaçı jurnalist Cavanşir Həsənli yayıb.
Milli Məclisin keçmiş deputatı Xanhüseyn Kazımlıya aid şirkətlər:
1. “Humay Broyler” MMC – 2011-ci ilin avqustunda qeydiyyatdan keçib, təsisçisi və qanuni təmsilçisi Xanhüseyn Kazımlının oğlu Damir Kazımlıdır.
2. “Barat Kəndli (fermer) Təsərrüfatı” MMC – 2004-cü ilin avqustunda qeydiyyatdan keçib, təsisçisi və qanuni təmsilçisi Xanhüseyn Kazımlının qardaşı oğlu, “Muğanbank” ASC-nin İmişli filialının keçmiş müdiri Dəyanət Kazımovdur.
3. “Dəyanət Gələcəyə Baxış” MMC – 2013-cü ilin iyununda qeydiyyatdan keçib. Qanuni təmsilçisi Dəyanət Kazımovdur.
4. “Aqroflora” MMC – 2011-ci ilin iyulunda qeydiyyatdan keçib.Təsisçisi və qanuni təmsilçisi keçmiş deputatın oğlu Samir Kazımovdur.
5. “Faruz” MMC – 2001-ci ilin aprelində qeydiyyatdan keçib, qanuni təmsilçisi keçmiş deputatın qohumu Kazımov Daşqın Barat oğludur.