Azərbaycanlı jurnalist Türkiyədə vəfat etdi

  • By admin
  • 19 Yanvar 2020 17:17
Azərbaycanlı jurnalist Aynur Təhməzova (Aynur Eyvazova imzası ilə tanınırdı) xərçəng xəstəliyindən vəfat edib.
Gununsesi.org bildirir ki, həmkarımız Türkiyədə xəstəxanada vəfat edib. O, qan xərçəngindən əziyyət çəkirdi. Kimyaterapiyadan sonra ağciyərlər iflas edib. Cənazəsi bu gün Azərbycana yola salınacaq.
1973-cü ildə anadan olan Aynur xanım Azərbaycan mətbuatında “Yeni Müsavat” qəzeti, “Medifaorum” saytı və digər mətbuat orqanlarında fəaliyyət göstərib.