Azərbaycanlı jurnalist koronavirusdan vəfat edən anasının dəfninə qatıla bilmədi - FOTO

  • By admin
  • 30 May 2020 18:37

Azərbaycanlı jurnalist koronavirusdan dünyasını dəyişən anasının dəfnində iştirak edə bilməyib.

Gnunsesi.org xəbər verir ki, Supersport.Az-ın təsisçisi, baş redaktor, 44 yaşlı Anar Cəfərsoy bu xəstəlikdən əziyyət çəkdiyi üçün anası Zöhrə Cəfərovanın vida görüşündən kənar qalıb. Üç həftədən çox koronavirusun acısını çəkən 69 yaşlı Z.Cəfərova, mayın 28-də Mərkəzi Neftçilər Xəstəxanasında vəfat edib. Mərhumə, bu gün Ağdam rayonunun Əfətli kəndində dəfn olunub.

 

Gnunsesi.org