Azərbaycanlı aktyor ölüm ayağında

  • By admin
  • 21 İyun 2016 11:40

rehim

 

Aktyor Rəhim Rəhimov uzun müddətdir xəstəlikdən əziyyət çəkir. Gunusesi.info xəbər verir ki, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının aparıcı aktyoru  Rəhim Rəhimov böyrək çatışmazlığı və xroniki qlomerulonefritin kəskinləşməsi xəstəliyi ilə mübarizə aparır. Son vaxtlar onun xəstəliyi daha da kəskinləşdiyi üçün həkimlər ona təcili böyrək köçürülmə əməliyyatını vacib hesab ediblər.

Aktyorun dostları və yaxınları əməliyyat pulunu toplamaq üçün bankda hesab nömrəsi də açıblar. Hər iki böyrək funksiyasını  yerinə yetirə  bilmədiyi üçün aktyorun vəziyyəti  pisləşir.

Sevinc Xeyrulla