Azərbaycanlı aktrisa toy qiymətini endirdi – FOTO

  • By admin
  • 05 İyun 2020 21:55

“Vicdan haqqı” serialında canlandırdığı “Larisa” obrazı ilə məşhurlaşan aktrisa Çimnaz Sultanova paylaşımı ilə gündəmə gəlib.

Gununsesi.org Oxu.Az-a istinadla xəbər verir ki, cazibədar aktrisa sosial şəbəkədə karantindən sonra toy qiymətlərini endirdiyini açıqlayıb. Ç.Sultanova “Facebook” hesabında bu sözləri yazıb:

“Pandemiya dövrünü nəzərə alaraq, bütün tədbirlərə və reklamlara 50 faiz endirim etdik”.

Qeyd edək ki, populyar estrada müğənnisi Nura Suri də karantindən sonra toy qiymətlərində endirim edəcəyini açıqlayıb.

Gununsesi.org