Azərbaycanın keçmiş müdafiə naziri Yasamalda döyüldü

  • By admin
  • 19 Fevral 2020 18:56
Keçmiş müdafiə naziri Rəhim Qazıyev hücuma məruz qalıb.
Gununsesi.org Criminal.az-a istinadən xəbər verir ki, bu gün naməlum şəxs R.Qazıyevi döyərək qaçıb. O, üzündən xəsarət alıb, gözünün ətrafında göyərti izləri yaranıb. Hadisə Yasamal rayonu ərazisində, R.Qazıyevin yaşadığı evin yaxınlığında baş verib.
Hadisənin səbəbi bilinmir.
R.Qazıyev döyülməsini təsdiqləsə də, səbəbi barədə açıqlama vermək istəmədi. Şəxsi məsələ olduğunu deməklə kifayətləndi.

Gununsesi.org