Azərbaycanın keçmiş daxili işlər naziri vəfat etdi – FOTO

  • By admin
  • 26 Fevral 2020 08:12

Keçmiş daxili işlər naziri İsgəndər Həmidov bu gün dünyasını dəyişib.

Gununsesi.org xəbər verir ki, bu barədə professor Adil Qeybulla məlumat verib:

“Bu gün çox kədərli xəbərlə sizlərə məlumat vermək zorundayam. Milli azadlıq hərəkatının görkəmli nümayəndələrindən biri İsgəndər Həmidovu itirdik. Allah rəhmət eləsin, ruhu şad olsun!”.

Qeyd edək ki, yanvar ayının 24-də halı qəflətən pisləşən İsgəndər Həmidov öncə Mərkəzi Klinik Xəstəxanasının reanimasiya şöbəsinə, daha sonra isə “Bakı City Hospital”a yerləşdirilmişdi.