Azərbaycandan Türkiyəyə getmək istəyənlər bilet tapa bilmir – VİDEO

  • By admin
  • 11 İyun 2020 22:44

Aylardır evlərinə gedə bilməyən Türkiyə vətəndaşlarının səbr kasası artıq daşıb.

Gununsesi.org oxu.az-a istinadla xəbər verir ki, bu gün “Türk Hava Yolları”nın ofisinin qarşısında toplaşan vətəndaşların etirazı bilet çatışmazlığınadır. Belə ki, şirkət tərəfindən onların bir hissəsi çarter reysləri ilə vətənlərinə dönsə də, 300-ə yaxın şəxs isə hələ də Azərbaycanda qalıb. Şikayətçilərin sözlərinə görə, iki gün əvvəl şirkətdən bu gün çarter reysinin təşkil olunacağı barədə məlumat verilsə də, onlara bilet satılmayıb.

Etirazçıların suallarına cavab verən “Türk Hava Yolları” aviaşirkətinin satış meneceri bildirdi ki, vətəndaşlar yalnız səfirlikdən xəbər gözləsinlər. Yeni reys təyin olunsa, onlarla əlaqə saxlanılacaq.

Gununsesi.org