AZƏRBAYCANDA YENİLİK: Dövlət təhsil müəssisələri lisenziyadan azad edilir

  • By admin
  • 16 Mart 2020 13:50

Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Lisenziyalar və icazələr haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

Gununsesi.org-un məlumatına görə, qanun layihəsi haqqında məlumat verən komitə sədri Bəxtiyar Əliyev söyləyib ki, layihədə nəzərdə tutulan dəyişikliyə əsasən Azərbaycanda dövlət peşə, orta ixtisas və ali təhsil müəssisələri lisenziyadan azad edilir:

 “Dəyişiklik layihəsinə əsasən, dövlət peşə, orta ixtisas, əlavə təhsil və ali təhsil müəssisələri lisenziyasız fəaliyyət göstərəcək”.

Gununsesi.org