Azərbaycanda yeni turizm bölgələri yaradılacaq

  • By admin
  • 25 Mart 2020 18:39
Azərbaycanda sosial infrastrukturyönlü işlər inkişaf etdiriləcək.
Gununsesi.org xəbər verir ki, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün Baş Kollektiv Sazişində öz əksini tapıb.
Sazişə əsasən, tərəflər sosial infrastrukturyönlü işləri inkişaf etdirmək, xalq tətbiqi sənətinin dirçəldilməsi və inkişafı, turizm istirahət zonalarının yaradılması və bu sahələrə investisiyaların artırılması hesabına əhalinin məşğulluq səviyyəsini artırmaq öhdəliyini götürüb.

Gununsesi.org