“Azərbaycanda yeddi min nəfər koronavirusdan…” – Nazir müavini açıqladı ( VİDEO)

  • By admin
  • 21 Mart 2020 16:34

“Yeddi min nəfərdən artıq şəxsin testləri laboratoriyada yoxlanılıb”.

Gununsesi.org-un məlumatına görə, Səhiyyə Nazirinin müavini Rahim Əliyev bunu AzTV-nin “Hədəf” verilişində deyib.

Onun sözlərinə görə, hazırda respublika üzrə 10 laboratoriya fəaliyyət göstərir:

“Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) əməkdaşları martın əvvəllərində Azərbaycanda səfərdə olan zaman laboratoriyaların biotəhlükəsizliyi və müasir standartlara uyğun fəaliyyəti ilə tanış oldular. Həmin laboratoriyalar kifayət qədər diaqnostik testlərlə təmin edilib. İndiyə kimi yeddi min nəfərdən artıq şəxsin testləri müayinə olunub.

Testlərin cavabı altı saat ərzində hazır olur. Əgər karantində olan şəxslərdə üç gün fərqlə iki dəfə neqativ cavab çıxırsa, karantinin müddəti bitən zaman onlar evə buraxılırlar”.

Nazir müavini qeyd edib ki, arzu edən hər bir şəxs koronavirusla bağlı yoxlamalardan keçə bilməz:

“Şübhəli olan şəxslər yoxlana bilər. Kim özündə bu virusun simptomlarını müşahidə edirsə, evə təcili tibbi yardım çağırılır və analiz götürülür”.

 

Gununsesi.org